Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Əksin gözlərimin önündə durub
Yumuram açıram, yoxa çıxmayır
Elə bil fikirim hardasa qalıb
Elə hey boylanır, mənə baxmayır

Əlimi uzatdım xəyalına mən
İstədim tutasan əlimdən mənim…
BU NECƏ BİR HİSSDİR? sualına mən
Necə cavab verim, necə söyləyim…

Təsəvvür eylə ki, əlin ulduza
Baxanda yaxındı, amma, çifayda
Hey can atırsan ki, ulduzu tuta,
Amma, heç yetməyir ona haray da.

Eləcə tamaşa eyləmək qalır,
Biçarə qalırsan xəyalına tək.
Bir də görürsən ki, gözün qaralır,
Daha döyünməyir sinəndə ürək.

Beləcə məhv edər fikir insanı
Yuxuların çəkilər bax , ərşə də
ÖLƏNƏDƏK AYRILMARIQ, bəs hanı?
Nə vaxtsa da qovuşarıq bəlkə də.

Bəlkə daha artıq bir sevgiylə biz
Yenidən yaşamaq eşqinə düşdük.
Ya da ölüb gedib, o biri dünyaya.,
Bəlkə Tanrı cənnətinə görüşdük…

Xəyalına söylə, bir də qarşıma
Qoy sənsiz gəlməsin, sənsiz çıxmasın.
Sözümü həkk eylə sən yaddaşına,
Heç zaman unutma, yadında qalsın.

Gəl özün qucaqla, gəl özün sarıl,
Əllərin dolansın belimə mənim.
Alnımdan öp mənim, HALALIM denən,
Boynuna dolansın mənim əllərim