Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Məndən qaçdığını anladım bugün
Mən sənin yolunda gül-çiçək idim
Min dəfə keçsən də mənim yanımdan
Dönüb baxmasaydın, görməyəcəkdin.
Məndən qaçdığını anladım bugün
Mən sənə tamarzı, mən sənə həsrət,
Sənin qəlbin mənə bir özgə qürbət
Mənimsə ürəyim gülüstan, cənnət
Məndən qaçdığını anladım bugün
Gözümə baxmağa üzün gələrmi?
Aldadıb, oynadıb, qırdığın ürək
Yenidən canlanıb, heç döyünərmi?
Məndən qaçdığını anladım bugün
Sinəmə vurduğun dağ nə idi bəs,
Sən mənim gözümdə yüksəkdən yüksək,
Mən sənin gözündə nə olmuşam bəs?
Məndən qaçdığını anladım bugün
Yoluma çıxmağa cəsarətin yox,
Mən abır eyləyib, susub durmuşam
Səninsə maşaallah gileyi nə çox
Məndən qaçdığını anladım bugün
Sonanı odlara atıb, getmisən.
Mən bu məhəbbətə bir ayrı sürgün,
Sənsə, əməyimi ayaqlar altda
Əzib, tapdalayıb, qırıb getmisən…