Post Views: 44 *** Asıldım, qaldım qəmdən mən, Sıxıldım eşqi kəmdən mən. Düşmədi çoxdan mənə pay, Çıxıldım yenə cəmdən mən. Azmıdır qurda, quşa yem? Oldum həm xırman, həm dən mən. Gözyaşım axdı qəlbə hey, Çürüdüm, Allah, nəmdən mən. Dərd məni dağa çəksə də, Sandılar çıxdım dəmdən mən. Ucadan ruha səmər yox, Oxudum, şair, bəmdən mən. …