Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 45 of 45 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”ÇANAQQALA ZƏFƏRİ”

Post Views: 30 ÇANAQQALA ZƏFƏRİ Cümhuriyyət bayramının təməlində Çanaqqala zəfəri dayanır. Eşq olsun bu zəfəri qazananlara! Var olsun Cümhuriyyətimiz! Azadlığı başa tac Seçənlərin püşküdü, Vətənə namus andı İçənlərin püşküdü, Bu andla şirin candan Keçənlərin püşküdü, – Əbədiyyət yoluna Çıxanların səfəri, Çanaqqala zəfəri! Gözümüzün qan adlı Seli, suyu qurudu. Bu qan aydan arıdı, Bu qan sudan …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 52 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GÜLÜM Eşqim, məhəbbətim, sevən ürəyim, Qəlbimin istəyi, arzum, diləyim, Mənim həyatımsan, mənim mələyim, Səndən özgəsinə baxmaram, gülüm. Sən mənim bəxtimə yazılan yazı, Ömrümün baharı, ömrümün yazı, Gətirmə ömrümə qışı, ayazı, Səndən özgəsinə baxmaram, …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 44 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məni bağışla, ata! 1989-cu ildə atam öldü… Bir ay sonra bu şeir doğuldu. Ruhumun üzündəki Naxışlar yoxa çıxıb. Sağlığında gördüyüm Baxışlar yoxa çıxıb, – Məni bağışla, ata! Torpağa səcdə edib, Dənə Allah deyirdim. Allahım ola-ola Sənə Allah deyirdim, – Məni bağışla, ata! …

Publisistika

Kamran MURQUZOV.”Gənc yazar Kənan AYDINOĞLU haqqında bir neçə söz”

Post Views: 28 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeirlər

Post Views: 25 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. DOĞRU YOLA YÖNƏLT, ALLAH! Az qalır ki, ağlım çaşa, Doğru yola yönəlt, Allah! Dünya yalan başdan-başa, Doğru yola yönəlt, Allah! Ümidimi də üzmərəm, Şeir çələngi düzmərəm. Dodağımı da büzmərəm, Doğru yola yönəlt, Allah! Yenə salım səni yada, Gəlməsin canıma …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 24 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, SƏMƏD VURĞUNA /Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan./ Dünya bilir, Sən Onunsan, Onun üçün doğulmusan. Sevən könül, can olmusan, Ayrılammaz könül candan, Səməd Vurğun, Azərbaycan. Vurğun oldun “yurd, yuvana”, Vətənini sandın “Ana”. Dedin ki, “bağlıyam Sana”, Necə- “uşaq Anasına” Ana- doğma balasına. Gəzdin …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Nə ölüb gedəsi havadı, Tanrı”

Post Views: 29 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Nə ölüb gedəsi havadı, Tanrı, Nə ağı deyərdim yaş sevdalara… Xatirəmə büküb yaşananları Bir büt də doğardım daş dualara… Bu nə çiskin deyil, nə yağış deyil, Şairin qələmə qarğamasıdı… Nolsun ki, hər səhər dil alqış deyir, Axşamlar dərdlərin ulamasıdı… Getmə, …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 45 Bilməcə Nə qəribə bilməcəsən? çözəmmədim həyat, səni. bu beş günlük ömrümdə rast gəldiyim insanlar, səndən qəliz çıxdılar… “əlindən tutaq” deyib, təpik vurub yıxdılar… nə qəribə bilməcəsən? çözəmmədim həyat, səni. gözümə gün saydığım işıqlar yalan çıxdı, “dost” dediyim insanlar alnıma güllə sıxdı. kim olduki qalibi, bu narahat oyunun? hiyləgərsən sən həyat, gedişlərin naməlum. …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər) II hissə

Post Views: 30 *** Ömrümün ətirli gül bağçasında Birdən tufan qopdu, küləklər əsdi. Günəş də bezikib qəmli həyatdan Dağlar arxasına yenə tələsdi. Qəlbimə kədərin ağrısı doldu, Səadət tərk etdi bahartək məni. Ömrümün bağçası saraldı, soldu, Göz yaşı qərq etdi dəniztək məni. Axır yanağımdan isti göz yaşı, Süzülüb hər damla bir şəbnəm olur. Əridir qayanı, mum …

AJB Sumqayıt şəhər təşkilatı

TƏBRİK EDİRİK!

Post Views: 35 25 oktyabr- Azərbaycan Jurnalistlər Birliyinin iki üzvünün – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının nəzdində yaradılmış Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, istedadlı şair-jurnalist Murquzov Kənan Aydın oğlunun, həmçinin Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatın nəzdində yaradılmış Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu, istedadlı tərcüməçi-jurnalist Murquzov Kamran Aydın oğlunun …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ad günü mübarək- Kamran, Kənanın!”

Post Views: 53 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AD GÜNÜ MÜBARƏK KAMRAN, KƏNANIN Gül açıb könlündə dostun, sirdaşın, Bu gün ad günüdür, əkiz qardaşın. Yürdsevər, eloğlu, cüt vətəndaşın Gözü aydın olsun ata, ananın, Ad günü mübarək- Kamran, Kənanın! Günəş də gülərüz olubdur bu gün, Süslənib masalar- büsat, toy, düyün. Eşidin, …

AJB Sumqayıt şəhər təşkilatı

Saqif Qaratorpağı doğum günü münasibətilə təbrik edirik! (26 oktyabr 1963-cü il)

Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölgəsinin rəhbərini, “Hüseyn Arif” Ədəbi Məclisinin sədrini şair-publisistini …

AJB Sumqayıt şəhər təşkilatı

Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

Post Views: 35 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat …

AJB Sumqayıt şəhər təşkilatı

Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş məsləhətçisini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin …

Azərbaycan Prezidenti

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə”

Post Views: 41 “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ağrıyır”

Post Views: 32 Dərd əkib, qəm biçməkdən, Qol yerindən ağrıyır. Yoxsul yoxdan, harınsa Bol yerindən ağrıyır. Gözlərim oyum-oyum, Nə baxdım ki, nə doyum?! Canımı hara qoyum? – Sol yerindən ağrıyır. İçimə damcılayır Çölümün qançırları. Kürəyim qamçıların Zol yerindən ağrıyır. Yerə girən boy sızlar, Kök inləyər, soy sızlar. Bədəsillər, soysuzlar Döl yerindən ağrıyır. Dünya məhbəs, qəfəs …

Publisistika Türk xalqları ədəbiyyatı

Türk poeziyasının yakut-saxaca döyünən ürəyi

Post Views: 45 Nizami CƏFƏROV, Akademik, Millət vəkili Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Saxa-Yakutiyadan Bakıya çox mötəbər bir xanım təşrif buyurdu. Onun oturuşu-duruşu, danışığı, hər cəhətdən, doğrudan da, xanıməfəndi olduğunu göstərirdi. Və dərhal nəzərə çarpırdı ki, bir neçə min illik zəngin türk mədəniyyəti qaynaqlarının gözündən su içib.N.Xarlamp_ Bichik …Onun Azərbaycanda ilk …

Publisistika Türk xalqları ədəbiyyatı

MİLLƏT VƏKİLİNİN “TÜRK DÜNYASI”, TÜRK DÜNYASININ MİLLƏT VƏKİLİ

Post Views: 29 Azərbaycan Respublikası Milli Məclisinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beş cildliyi gün üzü görüb. Bəri başdan deyim: kitabın adına uyğun miqyası, ərəb demiş, “mətn-mündəricə”si – içəriyi, habelə nəfis tərtibat və mükəmməl poliqrafiyası alqışa layiqdir. Etiraf edək, bir çox hallarda türk dünyası adlı, ünvanlı nəşrləri bu miqyas və səliqə-səhmanda görmrük və …

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA.Bayatılar

Post Views: 26 Bayatılar Əziziyəm, ha sarı, Aşmaq olmur hasarı. Yaramı yar qanadıb, Ha düyünlə, ha sarı… *** Əzizim, bilməyənin, Öyrənib bilməyənin. Dərdini mənə verin, Dərd çəkə bilməyənin. *** Əziziyəm, bilməzdim, Ağlayardım, gülməzdim. Səndə də vəfa yoxmuş, Mən ki, belə bilməzdim. *** Əziziyəm, gül balam, Çiçək balam, gül balam. Gecə-gündüz iylərəm, Mənim qızılgül balam. *** …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Və anam…”

Post Views: 38 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı (“525-ci qəzet”də çap olunan yazım…. Gül Dərənin Güldərəni… Anadan olduğum kənd Göyçə mahalının Dərə kəndidir. Göyçəlilər o kəndə “Səməd ağanın dərəsi” deyir. Şəkilləri var kəndimizin anamın albomlarında…Hər tərəfi gül-çiçək, yaşıllıq, yolları dolay-dolay, bir səmti Göyçə gölü-dalğaları sahilə aşiq… İndi kəndimiz …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 30 Yorulmuşam Yorulmuşam, həyat, Yorulmuşam… İki nəfərlik yükləri Tək çiyində daşımaq da çətindi Məni qınama. Yorulmuşam, həyat, Bütün qəmli hekayələrə Xoşbəxt sonluq uydurmaq, Düşüncəmə hücum çəkib Yaxşılıqlar qondarmaq da Çətindi… Məni sınama! Yorulmuşam, həyat, Üzlərdə gizlənən üzlərə Gülümsəmək, üzülmək, Ağlamaq, gülmək Taleyinə səssiz qalıb Üzdə 5 üz gəzdirmək də çətindi… Yorulmuşam! Yorulmuşam, Bütün …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər)

Post Views: 29 Qısqanıram… Məndən uzaqdasan, yoxsan yanımda, Qarışıb yenə də fikrim, xəyalım. Qorxu gözlərimdə, təlaş canımda, Qəlbim rahat olmur, dərk etmir ağlım. Qısqanclıq ruhumu bürüyüb bütün, Əsən küləyə də qısqanıram mən. Əlinə, üzünə toxunur hər gün, Mənimsə xəbərim heç yoxdur səndən. Ay səni seyr edir gecə səmadan, Günəşsə oyadır səni hər səhər. Üzünə toxunub …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Soltanbəy əfsanəsi” (Hekayə)

Post Views: 36 1977-ci il. Yay fəslinin birinci ayı. Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 194 PORTRET Mən bir dağ çayıyam, dağ bulağıyam, Mənim çoxalmağım, azalmağım var. Gəlir bu bağların təbiətindən, Coşub-daşmağım var, sozalmağım var. Sözdən öz ömrümə bir heykəl yonub, Gözəllik önündə heyrətdən donub, Arıtək çiçəkdən-çiçəyə qonub, Dədə ocağından köz almağım var. Suyam – damla-damla daşdan çıxmışam, Gözəm, göz yaşıyam, yaşdan çıxmışam. Bir qarlı, boranlı qışdan çıxmışam, …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”Payız gileyi”

Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nə yaman tələsdin payız gəlməyə, Pərişan qəlbimdə xəzandı hələ. Bəlkə dərdlərini mənlə bölməyə, Məni qabaqlayıb gəlmisən elə. Bilirəm sənin də dərdin çox böyük, Tökülən yarpaqsan, solan çiçəksən. Onsuz da taleyin hər …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü TAPŞIR GÖZLƏRİNƏ Gözlərin gözümə naz ilə baxır, Qara gözlərimdə şimşəklər çaxır, Bu oda, alova neyləsin fağır, Tapşır gözlərinə, belə baxmasın. Mən dözə bilmirəm atəşə, oda, Axı mən baxmıram özgəyə, yada, Bir od parçasısan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Dayımın adını daşıyırsan sən”

Post Views: 32 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Dayım Həkim Rəhimov Məzahir Bayram oğlunun yeni dünyaya gəlmiş və adını daşıyan nəvəsinə Gələli dünyaya ağladın Sən də, Ağlamaq varlığın əlamətidi. Gülüşün, bir də ki, nurlu baxışın, Uca Yaradanın inayətidi. Nə qədər gözündə sevgi var Sənin, O qədər dünyada …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.Yeni şeirlər

Post Views: 27 Cavabsız sevgi Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək …

"Yeni nəşrlər"

Şair Kamal Alışoğlunun yeni kitabı çap olunub

Post Views: 31 Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin təsis etdiyi “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, tanınmış şair-publisist və yazıçı-jurnalist Kamal Alışoğlunun yaradıcılıq fəaliyyətinə həsr olunan “Əllərimdə tale yazım” adlı monaqrfiya 2018-ci ildə “Təknur” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 184 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitaıbn redaktoru filologiya üzrə fəlsəfə doktoru Şakir Əlifoğludur. Kitabda müəllifin …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Rahilə Dövranın şeiri “Hece Taşları” dərgisində çap olunub

Post Views: 31 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Azerbaycan Edebiyatı Antolojisi” (Gençler) antologiyasında çap olunub

Post Views: 35 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Labirint yolu” hekayəsi İLESAM tərəfindən işıq üzü …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın hekayəsi “Xəzan” dərgisində çap olunub

Post Views: 26 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, gənc xanım yazar İlahə İmanovanın “Tutuquşu” hekayəsi “Xəzan” ədəbi-bədii dərgisinin “Ədəbi Nəşrlər” Seriyasından çap olunub. Qeyd edək ki, bundan öncə gənc xanım yazar İlahə …

"Yeni nəşrlər"

Ali Kafkasyalının “Qafqaz Qaçaqları” romanı işıq üzü görüb

Post Views: 46 “Kitab Klubu” nəşriyyatı tərəfindən Giresun Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin professor, doktor Ali Kafkasyalının “Qafqaz Qaçaqları” romanı- kitabı 420 səhifə həcmində, 800 tirajla işıq üzü görüb. Kitabı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə Məti Osmanoğlu çevirib. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid edirik. Kamran MURQUZOV, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

Azərbaycan Prezidenti

Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 40 Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar artist” fəxri adı verilsin: Hüseynov Mövsüm Turbəndə oğlu Nuriyeva Sədaqət Məmmədağa qızı Süleymanova Xatirə Bəylər qızı. İlham …

Ana səhifə

Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 31 Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Əliyeva Afət Məmməd qızı Həşimov Rafael Zeynal oğlu İbrahimli Qabil Mahmud oğlu İmamverdiyev …

Azərbaycan Prezidenti

Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 35 Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər: Abbasov Zülfüqar Qulu oğlu Mirabov Akif Əhməd …

Azərbaycan Prezidenti

X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 29 X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 oktyabr 2018-ci il. Mənbə: https://president.az

Azərbaycan Prezidenti

Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 30 Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Cəfərova Rüxsarə Əliağa qızı Xanlarov Habil Tehran oğlu Qurbanova Vəfa Əli qızı Məmmədov …

"Usare" dergisi Azərbaycan ədəbiyyatı

Gənc yazar Nemət Tahirin şeiri “Usare” dərgisində çap olunub

Post Views: 24 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya …

"Usare" dergisi Azərbaycan ədəbiyyatı

Gənc yazar İlham Mikayılın şeiri “Usare” dərgisində çap olunub

Post Views: 27 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya …

"Yeni nəşrlər"

“Hece Taşları” aylık şiir dergisinin 44. sayısı yayında

Post Views: 34 TEBESSÜMLER BUZDAN YAPMA BİR ÇİÇEK Geriye baktıkça korkum büyüyor, her gün biraz daha azalıyoruz, bizde mi bir hal var âlem mi böyle, her gece gam yüklü kervanlar gelir, enine boyuna uzar geceler, saatlerin zembereği bozulur, efkâr gelir soframıza oturur, hatıralar uzaklardan el sallar, gözlerimiz bulutlanır durmadan, türkülerle dudağımız dağlanır, yutkunmak isteriz dilimiz …

"Yeni nəşrlər"

“Açık Kara” dergisinin 8. sayısı yayında

Post Views: 64 AÇIKKARA DERGİSİ İL İL ŞİİR YARIŞMASI ACANDASI Genel Şartlar: 1.Yarışmada belirtilen konularda şiir yazılmalıdır. 2. Yarışmacılar hecenin 4+4+3=11’li ölçülerini kullanmak zorundadır. 3. Katılım tarihi ödül töreni tarihinden en az üç ay önce olacaktır. 4. Şiirleri dergi adresine gönderenlerden e-mail ücreti tahsil edilir. 5. Yarışmacıların Hece Taşları ve Hece Dergisinde şiirlerinin yayınlanmadığını ayrıca …