“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Nə ölüb gedəsi havadı, Tanrı,
Nə ağı deyərdim yaş sevdalara…
Xatirəmə büküb yaşananları
Bir büt də doğardım daş dualara…
Bu nə çiskin deyil, nə yağış deyil,
Şairin qələmə qarğamasıdı…
Nolsun ki, hər səhər dil alqış deyir,
Axşamlar dərdlərin ulamasıdı…
Getmə, oktyabr…
Səbrim ha yoxdu
Durum arxanca bir şeir çiləyim…
Mənə bu havada bu dərd də çoxdu,
Sonuncu duaya qalıb gülməyim…