Bilməcə

Nə qəribə bilməcəsən?
çözəmmədim həyat, səni.
bu beş günlük ömrümdə
rast gəldiyim insanlar,
səndən qəliz çıxdılar…
“əlindən tutaq” deyib,
təpik vurub yıxdılar…
nə qəribə bilməcəsən?
çözəmmədim həyat, səni.
gözümə gün saydığım
işıqlar yalan çıxdı,
“dost” dediyim insanlar
alnıma güllə sıxdı.
kim olduki qalibi,
bu narahat oyunun?
hiyləgərsən sən həyat,
gedişlərin naməlum.
doğru-dürüst oynayan
səndə batağa düşür…
mat etdiyin bu “şahlar”
ölüm yatağa düşür…
səni çözmək istəyən,
“Mən”dən uzağa düşür…
Qəribə bilməcəsən,
Həyat… sən beləcə sirli qal.

* * *

Mən payızam, məni sevən
Üç-beş sarı yarpaqdı
ölümünə hazır olan.
Sərt bir qışın sonrasında
bahar görmək ümidilə
Boz sərçələr sevər məni.
Payız olmaq
tənha-tənha sevilməkdi…