10730926_708473925888118_1815156677351752954_n

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin və “Usare” iki aylık kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilcisidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”,”Azad Press”,”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri”,“Yeni Azərbaycan”,“Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”, “Təzadlar”, “Yeni Axtarış”, “İrəvan Press”, “Azad Qələm”, “Azad Azərbaycan”, “Kaspi”, “Olaylar”, “Ədalət” qəzetlərində, “Ziyalı Ocağı”, “Ulduz” jurnallarında, “Bitməz könlümüzün vətən sevgisi”, “Zərrələr” antologiyalarında, “Atəş 2016”, “Buta” almanaxlarında, müxtəlif mədəniyyət və ədəbiyyat portallarında çap olunub. 2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Yeni Edebiyat Yaprağı” (Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində və “Son nokta” (Adana şəhəri) qəzetində çap olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.
2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır. Qaradağ Rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümeyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.
2013-cü ilin dekabr ayının 28-də Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dövlət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.
2014-cü ilin noyabr ayının 19-da respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc yazarların vətənpərvərlik ruhunda şeir müsabiqəsi”nin iştirakçısıdır.
2014-cü ilin noyabr ayının 22-də respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və “Bayat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsində fəal iştirakına görə Sertifikata layiq görülüb.
27 avqust 2015-ci il tarixində TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı Remzi Zenginin müvafiq qərarına əsasən, TOŞAYAD yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi seçilib.
8 avqust 2016-cı il tarixində Ebrar Vakfı Sahibi Nedim M.Tepebaşının müvafiq qərarına əsasən, Ebrar Vakfı yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilcisi seçilib.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və gerçəkləşdirilən “Dini motivlər əsasında şeirlər” müsabiqəsi çərçivəsində “Mütərcim” nəşriyyatı tərəfindən işıq üzü görən “Dini motivlər əsasında şeirlər” müsabiqəsi kitabında “Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!” şeiri işıq üzü görüb.

Kamran MURQUZOV,
“kenanaydinoglu.com” saytının mətbuat xidmətinin rəhbəri