Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
AD GÜNÜ MÜBARƏK KAMRAN, KƏNANIN
Gül açıb könlündə dostun, sirdaşın,
Bu gün ad günüdür, əkiz qardaşın.
Yürdsevər, eloğlu, cüt vətəndaşın
Gözü aydın olsun ata, ananın,
Ad günü mübarək- Kamran, Kənanın!
Günəş də gülərüz olubdur bu gün,
Süslənib masalar- büsat, toy, düyün.
Eşidin, ey dostlar, gur alqış deyin
Əsil bayramıdır, candan yananın,
Ad günü mübarək- Kamran, Kənanın!
Əkiz nüvcavanlar, mərd, igid, göyçək,
Hər kəs mehrin salır, onları görcək.
Alqışçün tələsir əldə gül, çiçək
Cəsur övladları Azərbaycanın,
Ad günü mübarək- Kamran, Kənanın!
Alqışlar, təbriklər, duyğular min- min,
Yüz yaş nəsib etsin, onlara Rəbbim.
Qələbə, uğurlar diləyir qəlbim
Ana sevgisidir, sözü Dövranın,
Ad günü mübarək- Kamran, Kənanın!!!