Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Dayım Həkim Rəhimov Məzahir Bayram oğlunun yeni dünyaya gəlmiş və adını daşıyan nəvəsinə
Gələli dünyaya ağladın Sən də,
Ağlamaq varlığın əlamətidi.
Gülüşün, bir də ki, nurlu baxışın,
Uca Yaradanın inayətidi.
Nə qədər gözündə sevgi var Sənin,
O qədər dünyada xoşbəxt olassan.
Sevəcək doğmalar, tanışlar Səni,
Sevimli, nur üzlü doğma qalassan.
Bir az böyüyəssən körpələr kimi,
Qədəmin mübarək olacaq Sənin.
Sən də oxşayassan Həkim babana,
Adın da dillərdə qalacaq Sənin.
Layla oxunacaq beşik başında,
Qayğılı dünyada yatmağın üçün.
Gözümün yumanda beşikdə axı,
Dünya bürünəcək qayğıya bütün.
MaşAllah! Doğmasan doğmalarımın,
Sən fərəh yerisən, iman yerisən.
Bilirəm, Qohumun və tanışların,
Gələcək yerisən, güman yerisən.
Qədrini biləssən Sən də bir zaman,
Bu doğma diyarda elin, obanın.
Yenə, səmimiyyət gözlərindədi,
Çəkibsən qanına Həkim babanın.
Mələksən, bu gözəl dünyada Sən də,
Körpəsən, amma Sən nur parçasısan.
Oxşama, nazlama vaxtı gələndə,
Bilirəm, qucağa Sən qaçasısan.
Mələklər “Salamlar!” söyləyir Sənə,
Gör neçə aydır ki, yaşayırsan Sən.
Gəl Sənin öpüm mən yanaqlarından,
Dayımın adını daşıyırsan Sən.
Bakı şəhəri. 24 yanvar 2018-ci il.