Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 18 of 18 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ağrıyır”

Post Views: 32 Dərd əkib, qəm biçməkdən, Qol yerindən ağrıyır. Yoxsul yoxdan, harınsa Bol yerindən ağrıyır. Gözlərim oyum-oyum, Nə baxdım ki, nə doyum?! Canımı hara qoyum? – Sol yerindən ağrıyır. İçimə damcılayır Çölümün qançırları. Kürəyim qamçıların Zol yerindən ağrıyır. Yerə girən boy sızlar, Kök inləyər, soy sızlar. Bədəsillər, soysuzlar Döl yerindən ağrıyır. Dünya məhbəs, qəfəs …

Publisistika Türk xalqları ədəbiyyatı

Türk poeziyasının yakut-saxaca döyünən ürəyi

Post Views: 45 Nizami CƏFƏROV, Akademik, Millət vəkili Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Saxa-Yakutiyadan Bakıya çox mötəbər bir xanım təşrif buyurdu. Onun oturuşu-duruşu, danışığı, hər cəhətdən, doğrudan da, xanıməfəndi olduğunu göstərirdi. Və dərhal nəzərə çarpırdı ki, bir neçə min illik zəngin türk mədəniyyəti qaynaqlarının gözündən su içib.N.Xarlamp_ Bichik …Onun Azərbaycanda ilk …

Publisistika Türk xalqları ədəbiyyatı

MİLLƏT VƏKİLİNİN “TÜRK DÜNYASI”, TÜRK DÜNYASININ MİLLƏT VƏKİLİ

Post Views: 29 Azərbaycan Respublikası Milli Məclisinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beş cildliyi gün üzü görüb. Bəri başdan deyim: kitabın adına uyğun miqyası, ərəb demiş, “mətn-mündəricə”si – içəriyi, habelə nəfis tərtibat və mükəmməl poliqrafiyası alqışa layiqdir. Etiraf edək, bir çox hallarda türk dünyası adlı, ünvanlı nəşrləri bu miqyas və səliqə-səhmanda görmrük və …

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA.Bayatılar

Post Views: 26 Bayatılar Əziziyəm, ha sarı, Aşmaq olmur hasarı. Yaramı yar qanadıb, Ha düyünlə, ha sarı… *** Əzizim, bilməyənin, Öyrənib bilməyənin. Dərdini mənə verin, Dərd çəkə bilməyənin. *** Əziziyəm, bilməzdim, Ağlayardım, gülməzdim. Səndə də vəfa yoxmuş, Mən ki, belə bilməzdim. *** Əziziyəm, gül balam, Çiçək balam, gül balam. Gecə-gündüz iylərəm, Mənim qızılgül balam. *** …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Və anam…”

Post Views: 38 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı (“525-ci qəzet”də çap olunan yazım…. Gül Dərənin Güldərəni… Anadan olduğum kənd Göyçə mahalının Dərə kəndidir. Göyçəlilər o kəndə “Səməd ağanın dərəsi” deyir. Şəkilləri var kəndimizin anamın albomlarında…Hər tərəfi gül-çiçək, yaşıllıq, yolları dolay-dolay, bir səmti Göyçə gölü-dalğaları sahilə aşiq… İndi kəndimiz …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 30 Yorulmuşam Yorulmuşam, həyat, Yorulmuşam… İki nəfərlik yükləri Tək çiyində daşımaq da çətindi Məni qınama. Yorulmuşam, həyat, Bütün qəmli hekayələrə Xoşbəxt sonluq uydurmaq, Düşüncəmə hücum çəkib Yaxşılıqlar qondarmaq da Çətindi… Məni sınama! Yorulmuşam, həyat, Üzlərdə gizlənən üzlərə Gülümsəmək, üzülmək, Ağlamaq, gülmək Taleyinə səssiz qalıb Üzdə 5 üz gəzdirmək də çətindi… Yorulmuşam! Yorulmuşam, Bütün …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər)

Post Views: 29 Qısqanıram… Məndən uzaqdasan, yoxsan yanımda, Qarışıb yenə də fikrim, xəyalım. Qorxu gözlərimdə, təlaş canımda, Qəlbim rahat olmur, dərk etmir ağlım. Qısqanclıq ruhumu bürüyüb bütün, Əsən küləyə də qısqanıram mən. Əlinə, üzünə toxunur hər gün, Mənimsə xəbərim heç yoxdur səndən. Ay səni seyr edir gecə səmadan, Günəşsə oyadır səni hər səhər. Üzünə toxunub …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Soltanbəy əfsanəsi” (Hekayə)

Post Views: 36 1977-ci il. Yay fəslinin birinci ayı. Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 194 PORTRET Mən bir dağ çayıyam, dağ bulağıyam, Mənim çoxalmağım, azalmağım var. Gəlir bu bağların təbiətindən, Coşub-daşmağım var, sozalmağım var. Sözdən öz ömrümə bir heykəl yonub, Gözəllik önündə heyrətdən donub, Arıtək çiçəkdən-çiçəyə qonub, Dədə ocağından köz almağım var. Suyam – damla-damla daşdan çıxmışam, Gözəm, göz yaşıyam, yaşdan çıxmışam. Bir qarlı, boranlı qışdan çıxmışam, …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”Payız gileyi”

Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nə yaman tələsdin payız gəlməyə, Pərişan qəlbimdə xəzandı hələ. Bəlkə dərdlərini mənlə bölməyə, Məni qabaqlayıb gəlmisən elə. Bilirəm sənin də dərdin çox böyük, Tökülən yarpaqsan, solan çiçəksən. Onsuz da taleyin hər …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü TAPŞIR GÖZLƏRİNƏ Gözlərin gözümə naz ilə baxır, Qara gözlərimdə şimşəklər çaxır, Bu oda, alova neyləsin fağır, Tapşır gözlərinə, belə baxmasın. Mən dözə bilmirəm atəşə, oda, Axı mən baxmıram özgəyə, yada, Bir od parçasısan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Dayımın adını daşıyırsan sən”

Post Views: 32 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Dayım Həkim Rəhimov Məzahir Bayram oğlunun yeni dünyaya gəlmiş və adını daşıyan nəvəsinə Gələli dünyaya ağladın Sən də, Ağlamaq varlığın əlamətidi. Gülüşün, bir də ki, nurlu baxışın, Uca Yaradanın inayətidi. Nə qədər gözündə sevgi var Sənin, O qədər dünyada …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.Yeni şeirlər

Post Views: 27 Cavabsız sevgi Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək …

"Yeni nəşrlər"

Şair Kamal Alışoğlunun yeni kitabı çap olunub

Post Views: 31 Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin təsis etdiyi “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, tanınmış şair-publisist və yazıçı-jurnalist Kamal Alışoğlunun yaradıcılıq fəaliyyətinə həsr olunan “Əllərimdə tale yazım” adlı monaqrfiya 2018-ci ildə “Təknur” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 184 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitaıbn redaktoru filologiya üzrə fəlsəfə doktoru Şakir Əlifoğludur. Kitabda müəllifin …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Rahilə Dövranın şeiri “Hece Taşları” dərgisində çap olunub

Post Views: 31 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Azerbaycan Edebiyatı Antolojisi” (Gençler) antologiyasında çap olunub

Post Views: 35 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Labirint yolu” hekayəsi İLESAM tərəfindən işıq üzü …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın hekayəsi “Xəzan” dərgisində çap olunub

Post Views: 26 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, gənc xanım yazar İlahə İmanovanın “Tutuquşu” hekayəsi “Xəzan” ədəbi-bədii dərgisinin “Ədəbi Nəşrlər” Seriyasından çap olunub. Qeyd edək ki, bundan öncə gənc xanım yazar İlahə …

"Yeni nəşrlər"

Ali Kafkasyalının “Qafqaz Qaçaqları” romanı işıq üzü görüb

Post Views: 46 “Kitab Klubu” nəşriyyatı tərəfindən Giresun Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin professor, doktor Ali Kafkasyalının “Qafqaz Qaçaqları” romanı- kitabı 420 səhifə həcmində, 800 tirajla işıq üzü görüb. Kitabı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə Məti Osmanoğlu çevirib. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid edirik. Kamran MURQUZOV, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …