Post Views: 36 Könül, nə yanırsan, nə yandırırsan, Xalqı bir yönəmi gətirəcəksən? Dilsiz qayaları, səssiz daşları, Səsəmi, ünəmi gətirəcəksən? Aldılar əlindən yağlı, yavanı, Çəkdilər canından suyu, havanı. Yerinə qaytarıb yurdu, yuvanı, Dağlara binəmi gətirəcəksən? Nə ad düşündürür, nə san milləti, Çoxalır asdıran, asan milləti. Qayğılar başından basan milləti Kölgədən günəmi gətircəksən? Yaşadın dərd yeyib, qəm …
Noyabr 15, 2019
Xalq şairi Zəlimxan YAQUB.”Canımız”
Post Views: 32 Ömür-gün səhrasında, Səfil olan canımız. Qəzası, müsibəti Qəfil olan canımız, Həyat bir udum nəfəs, Dünya beş günlük həvəs. Hər yanı zindan, qəfəs, Qıfıl olan canımız. Enib dərdin şəhrinə, Düşüb qəmin qəhrinə. Sehrbazlar sehrinə Tifil olan canımız. Ölüm ahıl, biz çağa, Boğaz yemdi bıçağa. Axır beş arşın ağa Təhvil olan canımız.
Xalq şairi Zəlimxan YAQUB.”Dərd”
Post Views: 45 Hər çiyin tab gətirməz, Ağır yükdü dərd daşı. Daşıyırsan həyatda Kişi kimi dərd daşı. Enər gözə çən kimi, Düşər saça dən kimi. Damla daş dələn kimi, Dəlib deşər dərd daşı. Əzər-tikər, qum eylər, Kotan çəkər, şum eylər. Dərd əridər, mum eylər Sərt qayanı, sərt daşı. Mərd yaşamaq gərəkdi. Sərt yaşamaq gərəkdi. Dərd …
Xalq şairi Zəlimxan YAQUB.”Sən allah, dilinə qeybət gətirmə!”
Post Views: 36 Ulduzdan danışaq, Aydan danışaq, Çeşmədən, dənizdən, çaydan danışaq, Sevgidən, sevincdən, toydan danışaq. Palıd qətiyyətli oğullar görüb, Çinartək ucalan boydan danışaq, Sən allah, dilinə qeybət gətirmə! İşığam, sən məni zülmətə çəkmə, Aşkaram, sən məni xəlvətə çəkmə. Ayna ürəyimi, duru könlümü Kinə, küdurətə, nifrətə çəkmə, Sən allah, dilinə qeybət gətirmə! Əlvan çiçəklərin baxışına bax, …
Xalq şairi Zəlimxan YAQUB.”Ağrı”
Post Views: 29 Üstümə gələn şikayətçilərə Ürək ndir, zərif tel, incələrin incəsi, Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi. Hər gün üzünə durur həyatın işgəncəsi, Səni necə qurtarım ağrıların əlindən? Fikrində ümid yeri, gözündə yaş gəlirsən, Ürəyində qəm yükü, bağrında daş gəlirsən. Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən, Səni necə qurtarım ağrıların əlindən? …