Post Views: 80 Bilmədin sən qədrimi, ey nazli canan, bilmədin Çəkdi min dərd, min cəfa hicrində bu can bilmədin. Bilmədin sənsizliyindir qəlbimə odlar salan, Bağrıma dağlar çəkən hicranı hicran bilmədin, Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım, Ömrümü verdim sənin uğrunda qurban, bilmədin. Eşqimin təxtində fərman verdi hər gün ayrılıq, Can evimdə əsdi yellər, qopdu …
Noyabr 13, 2019
Xalq şairi Süleyman RÜSTƏM.”Gözəllər gözəlinə”
Post Views: 93 Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, – Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Üzünü görmədiyim hər günümə gün demirəm, Küsmə, ünvanına bu sözləri küskün demirəm. Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm. Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim, Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Səndən öyrəndi bahar nəğmələrin …
Xalq şairi Süleyman RÜSTƏM.”Bəlkə də…”
Post Views: 25 Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır. Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır. Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədən Qəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır. Eşqdir mənası bu ağ günlərin, xoş günlərin, Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır. Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz, Millətə xidmətdə ən mənalı bir …
Xalq şairi Süleyman RÜSTƏM.”Rəqs edir”
Post Views: 34 Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir. Rəqs edir dünya gözümdı, iftixarım rəqs edir. Söylıyin bülbüllərə sussun, bir anlıq ötməsin, Hüsnü dülbər əzbəri, şux nəğməkarım rəqs edir. Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını, Könlümün mülkündə solmaz ilk baharım rəqs edir. Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil. Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs …
Xalq şairi Süleyman RÜSTƏM.”Çağır”
Post Views: 73 Sənə üz versə kədər, məclisə cananı çağır, Dodağı qönçəli, ol gözləri ceyranı çağır. Eşqdir, hicridir, aləmdə vüsaldır məna, Varsa şübhən, bunun isbatina dünyanı çağır. Söndürə bilməyəcəksən yenə eşqin adını, İstəyirsən köməyə çayları, dəryanı çağır. Sağalar məncə, vüsal ilə bu hicran yarası. Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır. Səni qəmlər dənizi …