Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 4 of 4 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Təbrizim”

Post Views: 153 Baxdıqca hüsnünə doymayır gözüm,Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna,İzin ver qolumu salım boynuna!Sənin bayramına, sənin toyunaDili bir, qanı bir qardaşın gəlib,Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə,Bağından dərdiyin güllə, çiçəklə,İkiyə bölünməz saf bir ürəklə,Təbrizim, Təbrizim, aman Təbrizim,Yox olsun başından duman, Təbrizim! Qədrini ayrılıq çəkənlər bilər,Hicranda göz yaşı tökənlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”

Post Views: 67 Vətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!Bəzənib başdan-başa şəhərləri, kəndləriCənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət,Günəşdən də parlaqdır gözümdən bu həqiqət.Dostuna, qardaşına təmənnasız məhəbbət,Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir,Dostluğun-qardaşlığın təməllərindən gəlir,Könüllərin nıüqəddəs əməllərindən gəlir,Qüdrət görmək istəyən Azərbaycana gülsin. Saysız qəhrəmanlarınQurub yaradanların,Qocasında, gəncində, bu sadə insanlarınŞöhrət …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə

Post Views: 195 Heydər Baba, ildırımlar şaxanda,Sellər, sular şaqqıldayıb axanda,Qızlar ona səf bağlayıb baxanda,Salam olsun şövkətizə, elizə,Mənim də bir adım gəlsin dilizə. Heydər Baba, kəkliklərin uçanda,Göl dibindən dovşan qalxıb qaçanda,Bağçaların çiçəklənib açanda,Bizdən də bir mümkün olsa, yad elə,Açılmayan ürəkləri şad elə. Bayram yeli çardaqları yıxanda,Novruzgülü, qarçiçəyi çıxanda,Ağ buludlar köynəklərin sıxanda,Bizdən də bir yad eləyən sağ …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR. “Türkün dili” (Qəzəl)

Post Views: 700 Türkün dilitək sevgili, istəkli dil olmaz,Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.Öz ləfzini farsa, ərəbə qatmasa şair,Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,Şerin gərək ehsas ilə riqqətlə qanşsın,Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,Dağ-daşda doğulmuş …