Post Views: 26 “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına Xuraman İsmayılovanın “Təmizkar Əli” adlı növbəti şeiri təqdim edildi Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası virtual formada davam edir. …
Aprel 23, 2020
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası
Post Views: 43 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsini davam etdirir. Növbəti virtual səyahət Şəki rayonunadır. Videoçarxda Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Şəkinin ərazisi, əhalisi, iqlimi haqqında məlumat verilir. Qeyd olunur ki, Şəki Azərbaycanın şimal-qərb zonasında yerləşir, dənizdən 632 m …
Xalq yazıçısı Süleyman RƏHİMOV.”Pəri çınqılı” əsəri…
Post Views: 56 I Qaçaq Nəbinin əlindən Nikolay padşahın canı cəzana gəlmişdi. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi ki, ya Qaçaq Nəbini öldürüb, ölüsü barəsində mənə tel vurun, ya da onu diri-diri tutub hüzuruma göndərin!.. Bundan başqa, Nikolay padşah Qaçaq Nəbinin başını gətirən hər hansı bir adama kisə-kisə qızıl da vəd edirdi. El-oba Nəbini öz …
Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Böyük dayaq”
Post Views: 50 Böyük dayaq Birinci fəsil 1 Bu gün Muğan düzünə qışın orta ayından çox payızın əvvəlini xatırladan mülayim bir axşam enmişdi. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur kimi bizim torpağa baxaraq sayrışdıqca, qış gecəsi …
Xalq yazıçısı İsmayıl ŞIXLI.”Dəli Kür” romanı
Post Views: 159 BİRİNCİ HİSSƏ 1 Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlerin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola …
Xalq yazıçısı ANARın Ötən ilin son gecəsi (film, 1983)
Post Views: 63 Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin …
Xalq yazıçısı İsa Hüseynov. “Zəhər” hekayəsi…
Post Views: 417 ZƏHƏR(ixtisarla)••• I ••• Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam …
Cəlil Məmmədquluzadə. “Anamın kitabı” tragikomediyası…
Post Views: 225 «Anamın kitabı»- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb. Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı …
Mirzə Ələkbər SABİR.”Mirzə Ələkbər Sabir. Amalımız, əfkarımız ifnayi-vətəndir…”
Post Views: 114 Amalımız, əfkarımız ifnayi-vətəndir, Kinü qərəzü hirs bizə rahi-bədəndir, Əfal yox, ancaq işimiz lafi-dəhəndir, Dünyadə əsarətlə bütün kam alırız biz, Qafqazlılarız, yol kəsiriz, nam alırız biz. Əqrəb kimi neştər gücü var dırnağımızda,İslam susuz olsa, su yox bardağımızda,Hər küncdə min tülkü yatıb çardağımızda,Min hiylə qurub rütbəvü ikram alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız biz. …
Abdulla Şaiq.”Köç…” (Hekayə)
Post Views: 2. 959 Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı. Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq, bir də: – Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib, – dedi. Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz …
Əbdürrəhim bəy Haqverdiyev. “Bomba” (Hekayə)
Post Views: 134 Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: – A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! Kərbəlayi Zal cavab verərdi: – Arvad, sən hökumətin ləzzətini anlamırsan, Əgər …
Süleyman Sani AXUNDOV.”Nurəddin” (Hekayə)
Post Views: 710 Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi, xasiyyətdə də gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm, qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlunun adını Nurəddin …
Coşqun XƏLİLOĞLU.”Balıq ovu” (Hekayə)
Post Views: 44 Yay tətili günlərinin birində Qurban ilə Tağı balıq tutmağa getmək üçün lap tezdən oyandılar. Onlar söhbət edə-edə kənddən bir qədər aralıda yerləşən Baba gölünə gəlib çatdılar. Uşaqlar tilovlarını açıb qarmaqlarına qurd qoydular. Bir az keçmiş Tağının tilovunun üzgəci suda batıb-çıxmağa başladı. Birdən tilov elə sürətlə dartıldı ki, az qaldı Tağı əlindəki …
Coşqun XƏLİLOĞLU.”Gülağa dayı” (Hekayə)
Post Views: 37 Hər səhər məktəbə gedəndə səliqə ilə geyinmiş, gülərüz bir kişi ilə rastlaşırdım. Yolun xeyli hissəsini yanaşı gedirdik. Bu kişi çox mehriban və söhbətcil idi. Dərslərimi necə oxuduğumu soruşar, bəzən suallar da verərdi. Bir dəfə Gülağa dayı ilə tanış olduğumu valideynlərimə bildirəndə atam: –Hə, çox yaxşı adamdır–dedi. Belə mərifətli adamla …