Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü gənc yazar Elçin Məhərrəmin “Qağayılar üçün elegiya”adlı yeni kitabı işıq üzü görüb.

Kitab müəllifin oxucularıyla sayca ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bundan öncə müəllifin “Ölü xatirələr dükanı” adlı kitabı poeziyasevərlərin ixtiyarına verilmişdir.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.