
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Bütün sevdalar eynidi, –
Sonunda ayrılıq gizli.
On sevdadan, and içimmi, –
Onunda ayrılıq gizli?!
Siz ha təzə-tər sanın da,
Üzə gülməz tərs anında.
Əsli adlı tərsanın da
Donunda ayrılıq gizli.
Kim deyir ki, yalın çıxın –
siz önünə Yalıncığın?!
Səhl Sumbat qılıncının
Qınında ayrılıq gizlı.
Bu su ömrün arxı dönür, –
Başında çox qorxu dönür.
Yavaş-yavaş çarxı dönür
onun da – ayrılıq gizli…
14.08.2025