gulnare sadiq

Qələm əhlinin özünə məxsus nəfəsi, ruhu olur. Bu insanlar digər insanlardan çox fəqlənir. Həddindən artıq həssas ,tez küsən, tez qarşı tərəfi bağışlayan olurlar. Allah qatında da, seçilmiş, üstün şəxslərdir. Bu gün sizə Gülnarə Sadiq haqqında söhbət açacam. Onun şeirləri ilə Carçı.az sayıtında işləyəndə tanış olmuşdum. Şeirlərində yeni ruhun çalarları vardı. Sonra özü ilə də, yaxından tanış olduqda insani keyfiyyətlərin yaradıcılığı ilə üst-üstə düşdüyünün şahidi oldum. Sizə Gülnarə xanım haqqında qısa məlumat vermək istəyirəm ki, yaxından tanıyasınız.

Gülnarə Sadiq (Qasımova ) Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub. İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət Universitetinə qəbul olub. 2006-cı ildə həmin Unuversiteti bitirib.Uşaqlıq illərindən şer yazmağa başlayıb. Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında dərc edilib.Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olub. Hal-hazırda www.vehdet.org saytının drektorudur.

Sevindirici haldır ki, Gülnarə xanımın şeirləri qardaş Türkiyədə Dünya Türk yazarlar birliyinin Bursa filalında, ”Altın Kalemler” antalogiyasında və bir sıra qəzet və jurnallarda dərc olunub.

Gülnarə xanımın şeirləri ilk dəfə, türkiyənin mədəniyyət və incəsənət xadimi Ərdəm Can adlı şəxs tərəfindən bəyənilib. Ərdəm Can bəyin öz dilindən bir parçanı sizə təqdim edirəm.

“MÖCÜZƏM MƏNİM” Bu şeiri ilk dəfə oxuyanda düşündüm ki, bunu yazmağı bacaran kalp büyük olmalı. Elə də oldu zatən Gülnarə Sadiq kendi şeirləri ilə bunu mənə sübut etdi. O gündən bu yana neçə-neçə deyişmələrimiz oldu və hər birində sadə, anlaşılır terzdə verdiyi cavablarla istedadını göstərdi…”

Erdem Can.

Onu da deyim ki, Ərdəm Can bəyin özü də, kifayət qədər qızıl və gümüş medallar, mükafatlar əldə etmiş, Almanyada, Türkiyyədə, Belçikada hər kəs tərəfində sevilən, hörmət olunan sənətçidir. Türk dünyası, aşıq sənətində gənclərin yetişməsinə vəsilə olub. O, 12 CD, 24 kaset, “QURBET ÇİÇƏYİ” adlı kitabın müəllifidir.

Bu yaxınlarda Ərdəm Can bəylə Gülnarə Sadiqin birlikdə kitabı işıq üzü görəcək. Bu istedadlı xanımımıza uğurlar diləyirəm və ürəkdən təbrik edirəm.Ərdəm Can bəyə də uğurlar və təşəkkürlərimi bildirirəm. İndi isə kitabın ərsəyə gəlməsinə və Ərdəm bəylə tanışlığa səbəb olan şeir parçasını sizə təqdim edirəm.

Möcüzəm mənim!

Sən mənim ömrümün payız çağında
Açan tər çiçəksən sevda bağımda.
Sən mənim könlümün solan anında
Gələn nəfəsimsən,möcüzəm mənim.

Sən mənim dünyamsan,öz dünyam mənim,
Gecikmiş olsa da,öz sevdam mənim,
Gizli məhəbbətim,öz eşqim mənim,
Vuran ürəyimsən,möcüzəm mənim.

Sən yanan qəlbimə səpilən susan,
Canını itirmiş ruha bir cansan,
Qaranlıq dünyamın sən işığısan,
Doğan günəşəimsən,möcüzəm mənim.

Gülnarə İsrafilqızı.