10414382_1437943316460726_2921449265845778470_n

TƏRCÜMEYİ-HAL

Əntiqə SƏMƏNDƏR (Muradova Əntiqə Səməndər qızı) 1994-cü il may ayının 16-da Ağdam rayonunda anadan olub.2001-2012-ci illərdə Xətai rayonu 58 saylı orta məktəbə təhsil alıb.2012-ci ildə Bakı Slavyan Universiyetinin Pedaqoji fakültəsinə qəbul olub.Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin məzunudur.
Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimidir.
2008-ci ildə “Can Qarabağım”adlı şeir kitabı çapdan çıxıb.2009-cu ildə təhsildə göstərdiyi uğurlu nəticəyə görə fəxri fərmanla təltif olinub.2010-cu ildə “Şair dostlar”adlı şeir kitabı çap olunub.2011-ci ildə “Ədalət və Həqiqət “qəzetində müxbir işləyib.Daha sonra “Bütöv Azərbaycan “qəzetində xüsusi müxbir işləyib.”Məcməüş-şüara”ədəbi məclisinin katibidir.”Son söz “qəzetində xüsusi müxbir işləyir.

* * *

Mən içimdən kiçilirəm,
Bölünürəm hissələrə,
budaq-budaq…
Hopuram sözlərinə
yaz məni, dostum.
varaq-varaq…
Alnımdan yere düşüb,
Sımıbdı alın yazım,
qırıq-qırıq.
Səni duymağa nə var ki,
Üzündə yazılıb,
Taleyin sənə verdiyi
-bir ömür əzab.
Səni görməyə nə var ki?
Gözündə gizlənib,
Taleyin səndən aldığı,
-bir anlıq sevinc.

* * *

Bütün sözlə oynayıram,
Bircə cümlə qurmaq üçün.
Bir bəhanə axtarıram,
Ürəyini qırmaq üçün.

Oyunda daşı gizlətdim.
Səni yaman çox gözlətdim.
Ehh..daha nələr etdim? …
Burda səni yormaq üçün.