Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən uğrunda” hərbi vətənpərvərlik mahnı müsabiqəsində səsvermənin bitməsinə son üç gün qaldı. 27 may saat 16:10-a olan məlumata görə, Rəşad İsmayıl 7165 səslə liderliyini qoruyur. Abdulla Medinov 3216 səslə ikinci, Sabir Əliyev 1983 səslə üçüncü yerdədir. Dördüncü yeri İrina Tarasyuk (1227 səs), beşinciliyi isə Fərid Ağəliyev (427 səs) qazanıb.
Bir daha elan edirik ki, ən zəif nəticəni göstərən beş nəfər müsabiqənin bundan sonrakı mərhələlərində iştirak etmək hüququnu itirəcəklər. Odur ki, gim.az saytına daxil olaraq bəyəndiyiniz iştirakçıya səs verin! Son üç günün imkanını qaçırmayın! Aktiv olun! Mayın 30-da bitəcək səsverməni dəyərləndirin! Vətənçün oxuyanları seçin!
Şəfa VƏLİYEVA,
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü