TƏCNİS
Sıxsa belə gün-güzəran, dolanma (q),
Kəmfürsətlər dövrəsində dolanma,
Yaz yelinli bulud kimi dol, amma
Sızıldayıb, gəl çıxarma day ağın.
Yaraşarmı – minnət götür, ələ bax?!
İbrət götür – qabar-qabar ələ bax.
Dost-tanışı saf-çürük et, ələ, bax…
Gör kim olar dar günündə dayağın.
Kürəyini söykə yurda, elə, dur,
Biraz insaf, biraz mürvət elə, dur.
Elə davran, elə otur, elə dur, –
Kəsilməsin eldən ümid ayağın.
05.10.2021