This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

Hər qarışı bir cənnətdi bu yurdun,

Gah dəvətli, gah dəvətsiz buyurdun.

Hər təknəyə olan deyil bu yurd un,

Hər zalıma boyun əyməz, bilirsən.

Biz haqq oğlu, sən hələ də şər afət,

Bizə neylər sən atdığın şər, afət.

Mənlik, vüqar, qürur, qeyrət, şərafət,

Bizə keçib babalardan bil, irsən.

İmansızın əməli min, dili min,

Şər at, sonra çıx altından – dili min.

Bax, çırpınır söz ucunda dilimin,

Deyərəm ha… düzü-dünya bilir, sən…

06.10.2021