Saqif QARATORPAQ

Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Hüseyn Arif” Ədəbi Birliyinin Başkanını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

Mətbuat xidməti

Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.
Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif” Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006) ,“Bir könül varağında” (Bakı, “Ünsiyyət”, 2012), “Üç addım…” (Sumqayıt, “Bilik”, 2014) şeirlər kitabının müəllifidir.