234435423665547648

Dirəkdən asıblar məftili,
İntihar edibmiş kimi.
Otağın lampası sükuta qərq olub,
Ayrılıb sevdiyindən.
Həsrətini çəkir məftilin.
Boynunu yaralayıb qayçı iki gündür.
İnsafsız işıqçı…
Hardan bilsən ki, intiharı?
Qaralıb lampa.
Şam işığı işıqlandırmır üzünü.
Zəng etdik,
Yollarda ilişib qalıb, yəqin tıxacdır yollar.
Məsafələr uzanır.
Yollar layla çalır…işıqçıya
Hər gün gəlirik, indi gəlirik, gəlib çıxmır ki, çıxmır.
Daha gəlməsədə olar.
Gözümüz qonaq edib qaranlığı.
Qonşudan bir adam çağırıb,
Məftili lampaya qovuşdurarıq.
İşıqlandırar sevgi evimizi.
İşıqçı, sən isə yollara aşiq ol,
Yollar sənə aşiq olan kimi.