DGTYB üzvü
Yenə başladı yağış, kim bilir her enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli. Kim bilir, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə gənc qızların ata-anadan sirr deyə saxladığı, ürəklərini param-parça dağıdan ağ dünyası gizli, neçə-neçə valideynin qocalar evindən, küçələrə atıldığı gündən oğlum, qızım deyə yalvarışları gizli, neçə-neçə körpənin küçələrdə dilənçi kökünə salındığı andan ürək dağlayan məhrumiyyətləri gizli. Kim bilir, neçə-neçə məhəbbət yalvarışları, neçə-neçə ayrılıq acıları gizli, neçə-neçə kəndlinin biz yatarken gecə gündüz alın təriylə becərdiyi yağış yağsın deyə duaları gizli. Kim bilir, neçə-neçə ananın evində boş çörək tabaqlarına acılı göz yaşlarıyla baxdığı ürək ağrısı gizli, neçə-neçə atanın axşam evinə əli dolu gəlsin deyə soyuqdan, ağırlıq qaldırmaqdan qabar olan əlləriylə Allaha hər kəsdən, hətda, ailəsindən gizli olan gözyaşı dolu, Allaha hər şeydən yaxın yalvarışları gizli…
Beləcə, yenə başladı yağış… Kim bilir, bu yağan yağış hansı yaşlı babanın yağış damlalarıyla yuyulan pəncərəsinə dikilib baxan xatirələrini canlandıracaq.. Kİm bilir, neçə-neçə yetim qalan başdaşının tozdan çirklənən üz qabığını yuyacaq, Kİm bilir, bu yağış hansı şair könlündə neçə şeir doğduracaq… Kim bilir, neçə sevgili məhəbbətin yağış damlalarıyla islanacaq, kim bilir, bu yağan yağış neçə könül dünyasını dolduracaq…
Əslində, sevirəm mən bu yağışı, çünki bu yağan yağışda insanlar eyni görünür, hər kəs başı aşağı, üzü islanmış,… Hər şey və hər kəs sadələşir bu yağışda..
Əslində, sevirəm mən bu yağışı, sanki, öz yerimə ağlayır.. Sanki ..