Mən də belə dilənçiyəm
Yenə Çıxmısan küçəyə,
Boylanıram gizli sənə,
Elə baxırsan ki mənə.
Nə düşünürsən?
Yazığammı?
Yoxsa yaşamaqçün əlacsızammı?
Hə, sənə əl açmışam.
Pis anladın?
Mən o dilənçidən deyiləm.
Nə olsun ki, tanımadın?
Xebərin yox varımdan, dövlətimdən,
Hər şeyim var…
Səndən başqa,
Sevgindən, eşqindən,
Göstərilən qayğılarından,
Otağımı isidəcək nəfəsindən,
Bir də ki, səsindən başqa,
Mənim olan hər şeyim var.
Qızılllarım, gümüşlərim,
Saray kimi evim də var.
Təkcə səni,
Sənin kimi bir ziynəti alammadim.
Bütün olanlarım varsa da
Təkcə özün çatışmadın
Off… Mən ki bunu anlamadım.
Sən də məni danlamadın.
Küsüb getdin məndən o vaxt.
Ah.. Sən demə ki sənin özün,
Sənin eşqin,
Mən kasıbikən qiymətliymiş.
Bilməmişəm…duymamışam.
Niyə axı mənim özüm,
Dönüb özüm olmamışam?
İndi gəl baax,
Gör nəçiyəm?
Küçənizdə sənin üçün,
Pullu, pulsuz dilənçiyəm.
Pulün varsa, bir qəpik qoy əlimə,
Əllərini toxundur ki əllərimə,
Əllərinin istisini duyum o an,
Qapayaraq gözlərimi, ayılmayım
xəyallardan.
Varlığından qəpik-qəpik əlimə yığim,
Ürəyindən qəpik-qəpik qəlbə yığım.
O yığdığım qəpiklərlə yaşayaram.
Ağlasam da göz yaşımı,
Qəpiklərə qataçağam.
Qol-budağı qırılan bir “çəkil” kimi,
Taleyinə zərbə vurulan səfil kimi,
Küçənizdə duracağam.
Dilənçini küçələrdən kimdi qovan?
Heç bilirsən,
Bu küçə mənə necə doğmadır?
Tinlərində oturub yediyim şirin
loxmadır.
Görən deyər,
O da oturub, ac, yalavac,
Çörək yeyir, yavan-yavan.
Baxışınla mənə baxan gözlərini
dilənirəm,
Bircə kəlmə eşidəcəyim sözlərini
dilənirəm.
Bircə ovuc sevinc üçün gülüşünü
izlədim ki,
Baxıb sənə gülümsəyim, gülüm mən
də,
Sevinərək bir danışım, dinim mən
də.
Sənsə o gün güldün…güldün, davam
etdin.
Mən də güldüm səni gizli izləyəndə.
Gülüşünlə ilk sevinci yalnız onda
halal etdin.
Çox sağ ol.
Yaxşıki xəyallarımın boşluğunda,
Bir xatirə qoydun onda,
Yaxşı ki mən, mənim olacağına,
Həyatımda qalacağına
Bircə ümid, bir təsəlli oğurladim
onda səndən
Sənsə bundan xəbəqsizən.
Mən oğurçü, həm dilənçi,
Həm də bətbəxt bir bəndəyəm.
Məni nəçiyəm?
Bircə onu bilirəm ki,
Sən hər gün yolmdan ötən,
Mən də səssiz dar küçəyəm.
Soyuq daşlı divarlardan,
Gizli-gizli sənə baxan dilənçiyəm.
Neyləyim ki?
İstərdim ki, sənə deyəm.
Mən də belə Dilənçiyəm…
Mən də belə Dilənçiyəm.
Yağmayın siz, yağışlar.
*
Yağdıqca siz, yağışlar,
Günəş necə güləcək?
Uzaq düşüb arılar,
Çiçəklərdən küsəcək.
*
Qalacaqdı bu yollar,
Bizlərin həsrətinə.
Üstündə qoyduğumuz,
İzlərin həsrətinə.
*
Yağış yuyur, hey yuyur,
Başım üstə çətrimi.
Qorxuramki yuduqca,
Ala məndən ətrimi.
*
Əsin siz ey küləklər,
Aparın yağışları,
Küsdürməyin bahardan
Yenicə gələn quşları.
*
Ta yağmayın, bəsdirin,
Günah yuyursuz deyə?
Yerə tökülən günahlar,
Yenə püsgürür göyə.
*
Siz də günahlar kimi,
Göydən yerə yağırsız,
Gah da göylərə kimi,
Gizli buxarlanırsiz.
*
Bəlkə qara buludlar,
Günahlardan yaranır.
Həsrətlər, ayrılıqlar,
Yağışlardan yaranır.
*
Yağmayın ey yağışlar,
O yarı küsdürməyin.
Gülləri boğur sular,
Baharı küsdürməyin.
*
Gülən yazdan, güllərdən
Küsdürürsuz məni də.
Bir gözəlin gözdündən,
İtirirsiz məni də.
*
Siz yağdıqca sular da,
Yad küçəyə axacaq,
Boylanan baxışlar da
Yad gözlərə baxacaq.
*
Düşən damlanız altda,
Ağlayan var, baxın bir.
Çox islanıb Rəşad da,