hesen

Hüseynov Həsən 1982-ci il iyunun 26-sı, Naxçıvan MR-nın Ordubad rayonunda dünyaya göz açıb. Orta təhsilimi Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 saylı məktəbdə başa vurub, 1999-cu ildə Ali məktəbə daxil olmuşam. Təhsilimi bitirib 2006-cı ildə hərbi xidmətə yollanmışam və 2007-ci ildə hərbi xidmətimi bitirib qayıtmışam. Bakınin Buzovna kəndində Hacı Arif Buzovnalının rəhbərliyi ilə təşkil olunmuş “Məcmə-üş-şüəra”nın üzvü olmuşam. 2013-cü ilin sentyabrında İran İslam Respublikasının Urmiya şəhərində keçirilən “Türkdilli xalqların 8-ci beynəlxalq Rəzəvi şeir festivalı”nda yer tutub, diplom və mükafatlarla təltif olunmuşam. Hal-hazırda ixtisasım üzrə orta məktəbdə müəllim işləyirəm. Dövlətçiliyimizə, müstəqilliyimizə xələl gətirənləri, səhv yolda olanları Mirat (güzgü) təxəllüsü ilə yazdığım şeirlərlə tənqid etdiyim üçün yaradıcılığımın əsasını satira təşkil edir.

ZƏNGİLAN

ZƏNGİLANA VERDİM İRANDAN SALAM
ALMADI BİR KİMSƏ O YANDAN SALAM

BİR MƏN İDİM, BİR O İDİ, BİR ARAZ,
BİR DƏ Kİ, ÇIXMIŞDI DƏHANDAN SALAM

SUSMAQ ILƏ SANKİ DEDİ ZƏNGİLAN,
“GƏL MƏNİ AL, VERMƏ YALANDAN SALAM”

BİR XOXA Kİ, TORPAĞI TƏRK EYLƏDİK,
BİZLƏRİ SEVMİR O ZAMANDAN “SALAM”

MİRAT, ALINSIN GERİ KAŞ, GÖNDƏRƏK,
HƏR TƏRƏFƏ BİZ BU MƏKANDAN SALAM.

Ordubad – 29.10.2014

YAR, SƏNDƏN UZAQLARDA

ETDİM VƏTƏNƏ XİDMƏT YAR, SƏNDƏN UZAQLARDA
GÖRDÜM NƏ QƏDƏR ZİLLƏT YAR, SƏNDƏN UZAQLARDA

BİLDİM NƏ ÇƏKİR ƏSGƏR, BİLDİM NƏ İMİŞ SƏNGƏR,
BİLDİM NECƏDİR HƏSRƏT YAR, SƏNDƏN UZAQLARDA

QIŞ GƏLDİ YAMAN DONDUM, YAY GƏLDİ “BİŞİB-YANDIM”,
YAĞMUR DA YAĞIR DƏHŞƏT YAR, SƏNDƏN UZAQLARDA

ANBAR TALANIR DƏHŞƏT, İŞLƏR GÖRÜLÜR XƏLVƏT,
ZABİT DƏ ALIR RÜŞVƏT YAR, SƏNDƏN UZAQLARDA

DAYDAYLI OLUR “PİSER”, DAYDAYSIZA YOXDUR YER,
DAYDAY DA EDİR MİNNƏT YAR, SƏNDƏN UZAQLARDA

İNCİTDİ MƏNİ BİTLƏR, ZÜLM EYLƏDİ ZABİTLƏR,
DÖZDÜM BUNA BİR MÜDDƏT YAR, SƏNDƏN UZAQLARDA

BİR GÜN DƏ XƏBƏR GƏLDİ, “MİRAT, O YARIN ÖLDÜ”,
ETDİM HƏYATA NİFRƏT YAR, SƏNDƏN UZAQLARDA.

LƏNKƏRAN – 26.06.2007

Bakı

Hərə gəlmiş Bakıya bir dərədən
Bakı bir zərbə alıbdır hərədən

Birinin yoxdur ədəbdən xəbəri,
Biri murdarlayır ancaq şəhəri,
Biri saymır Bakıda bir nəfəri,
Danışır möhkəm, edir məsxərədən
Hərə gəlmiş Bakıya bir dərədən

Bakı bir zərbə alıbdır hərədən
Çoxalıb avtobusu hallı sürən,
Durub ağsaqqala yox yer ötürən,
Başı üstündə duran yaşlı görən,
Ya yumur göz, ya baxır pəncərədən
Hərə gəlmiş Bakıya bir dərədən
Bakı bir zərbə alıbdır hərədən

Hara qaçsın axı yazıq bakılı,
Görür hər gün təzə sırtıq, bakılı,
Olub axşam çağı artıq bakılı,
Enər-enməz yerə bunlar bərədən
Hərə gəlmiş Bakıya bir dərədən
Bakı bir zərbə alıbdır hərədən

“Pusu”nun izləyərək hamısını,
Bəyəniblər kinonun “şarkı”sını,
Oxudurlar Polatın mahnısını,
Dərə, dən-dən, dərə, dən-dən,dərədən
Hərə gəlmiş Bakıya bir dərədən
Bakı bir zərbə alıbdır hərədən

Bakının gör, hələ sən qızlarını,
Evə işdən tələsən qızlarını,
Ola axşam, görəsən qızlarını,
Necə qorxur sözatan heyvərədən
Hərə gəlmiş Bakıya bir dərədən
Bakı bir zərbə alıbdır hərədən

Döyünür eşqi ilə dil Bakının,
Başına gəldi nələr gül Bakının,
Dəyişib mənzərəsi bil, Bakının,
Dedi Mirat da həmin mənzərədən
Hərə gəlmiş Bakıya bir dərədən
Bakı bir zərbə alıbdır hərədən.

Ordubad – 12.Mart.2015

OLSUN

ADAMI OLMAYAN ADAM DEYİL Kİ,
ADAMIN GƏRƏKDİR ADAMI OLSUN
ADAMI OLANA ÇALIŞ ƏYİL Kİ,
QABAĞA GEDƏSƏN, DAVAMI OLSUN

AY ADAM, KAŞ OLSUN ELƏ ADAMIN,
KÖMƏYƏ SƏSLƏDİN, GƏLƏ ADAMIN,
SƏN ÇALIŞ DOSTU OL, BELƏ ADAMIN,
YÜKSƏK VƏZİFƏSİ, MƏQAMI OLSUN

YAŞAYAR O ZAMAN ADAM ADAM TƏK,
BİR ADAM ADAMA GƏLMƏSƏ KƏLƏK,
SAF OLSUN HƏR ÜRƏK, BİR DƏ Kİ, GƏRƏK,
ADAMIN ADAMA İNAMI OLSUN

MƏN DƏ ÇOX ADAMIN ADAMI OLDUM,
ADAMLIQ EYLƏDİM, QEYDİNƏ QALDIM,
ADAMLIQ GÖRMƏYƏN ZAMAN QIRILDIM,
QANMAYAN ADAMIN HARAMI OLSUN

NƏNƏM HEY DEYƏRDİ “MİRAT, AY BALA,
ADAM OL, QALMA BİR ADAMDAN DALA,
ELƏ BİR QIZ AL Kİ, MİLYONER OLA,
BAĞININ CƏVİZİ, BADAMI OLSUN.

Ordubad – 22.09.2014