Sevgim qanadı qırılmış quş,
Yolunu azıb,
Pəncərənə qondu.
Pəncərəndən sonra dibsiz uçurum,
Qaranlıq quyu.
Ya aç pəncərəni,
Al ağuşuna onu,
Nəfəsinlə isit, bəslə,
Yenidən həyata qaytar,
Özünlə yaşat.
Ya da çək pərdəni,
Tərk et uçurumun soyuq qollarına.