1423889445_esmer

Heç kimin heç kəsiyəm.
Həm sözdə, həm əməldə
Hərşeydən keçəsiyəm…
Mamırlı bir daş kimi,
Havalanmış baş kimi
Həyatdan küsəsiyəm…
Yağmurlu havalarda
İçimdə üşüyürəm.

Öz gözümdən düşürəm…
Bir mənəmmi alçalan
Ürəyimin gözündə?
Haqlı səbəb gəzirəm
Adımımda, izimdə…
Asılıb kirpiyimdən
Alovlu göz yaşlarım.
İçimdə var-gəl edir
Aşılmaz təlaşlarım.
Soyumayır bu ürək
Dincəlməyir, yenə hey,
Mənə məndən eyləyir
Məzəmmət dolu giley…
Axı onu mən saldım
Bu dəli düşüncəyə.
Mən çevirdim səhərin
Zil qaranlıq gecəyə…
Hər addımda büdrədim…
Yıxıldım…
Yenə durdum.
Baş dəydi daşdan-daşa
Mən hələ xəyal qurdum…
İndi həmin xəyaldır,
Kabusuma çevrilib.
Mən qəlbimdə dəfn etdim,
O ağlımda dirilib.
Tərk etməsə bu dəli
Düşüncələrim məni,
Çətin buna aıışam.
Ürəyimdə, ağlımda
Öz özümlə barışam…
Can verir ümidlərim
Son nəfəsin çəkir o
Qorxduğum gələcəkdə
Tamamilə itir o
Sarılmışam içimdə,
İndi yeni həvəsə.
Hədsiz ehtiyacım var,
Bambaşqa bir nəfəsə.
Belə də olmasa mən
Yaşamayam heç gərək.
Mənə nəfəs bəxş edib
Bunca gileydən sonra
Barışacaqmı ürək?…