234435423665547648

boğulan göz yaşlarımın
matəminə gəlmişdi ümidim
dənə-dənə ağlayırdı.
kəndirənmişdi boğazımda.
intihar günahdır deyirlər axı.
asılmağın günahı,
asılqan yerindəydi bəlkə də…
öldükləri gecə
adını çəkə bilmədiyim
zülmətlərə qarışan ömür,
qanına boyanan gənclik,

adını nə qoyum nə?!
bəzən yaşananların adı olmur.
biri qismət qoyur adını, biri alın yazısı.
məndə bunların qalıb
boğaz ağrısı.
göz yaşlarımın dəfn olunduğu yerin adı torpaq,
o torpaq ki, ümidim də ona sarılıb..!