http://s009.radikal.ru/i308/1504/0b/a2abc628f2ef.png

Təbriz Elxan (Musazadə Təbriz Elxan oğlu) 1991-ci il oktyabr ayının 29-da Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya göz açmışdır. Doğulandan atası, gözəl riyaziyyat müəllimi və şair olan Elxan müəllimin şeirləri ilə böyüyən, dağların təmiz havasından udub, suyundan içən Təbrizdə şeirə və sözə maraq yaranmışdır. Ilk qələm nümunələrini də əsgərlikdə olarkən yazmışdır. Sevgi və vətənpərvərlik motivli şeirlər yazan Təbriz Elxan yurda və millətə sevgi dolu bir gəncdir.

Vətən

Atalar fexr eləsin, analar ağlamasın,
Bacılar gizli-gizli içinde sızlamasın,
Vətən üçün doğulub hünərli, mərd oğullar.
Düsmənlərlə çarpışıb uca şəhid olurlar.

Vətəni tərk edən kəs .xar olar, xar həmişə,
Vətən üçün can vermək qürurdur hər igidə.
Nə qeder sinemde çirpinir urek,
Döndərən deyilem düşmənə kürək.

Vüsal həsrətiylə yaşamaqdansa.
Qemi ureyimden silsem yaxsidi.
“Vətənə hədiyyə olsun can” deyib.
Sonrada arxayın ölmək yaxsıdı.

Sevgilim

Hicranın bol olub üzür qelbimi.
Vüsalina catmadigim sevgilim.
Menden uzaq, mene yaxin olursan.
Qollarında yatmadığım sevgilim.

Adın gəzir dodağımda bal kimi.
Temiz sevgim yenilmezdi Zal* kimi.
Qoyma qalsın eşq meyvesiz, kal kimi.
Özgələrə qıymadığım sevgilim.

Təbrizem mən gəl qovuşaq, yad eylə.
Ovqatımı gecə-gündüz şad eylə.
Buza dönmüş əllərimi od eylə
Günahina batmadigim sevgilim.

*Rüstəm Zal nəzərdə tutulur.