Sual işarəsinə oxşayır qoca,
Sualın içində yaşayır qoca,
Yol gedir. yol gedir xatirələrə…
Sualın cavabı nəvələr gəlir,
Nidalar kimi..
Ayağını azca ləngidir qoca
Bir azca əyir belini
Nəsə tapırmış kimi
Yenidən boylanır xatirələrə…
Xatirələr uzaqda deyil ki,
Əlində, üzündə qollarındadır.
Onunçün torpağa o əyilir ki,
Xatirələr getdiyi yollarındadı..
Əyilir birini qaldıra bilmir,
Beləcə dolanır küçəni qoca.
Bütün xatirələr qapısı bağlı
Açılmır ki,
Keçə qocalıqdan gəncliyə qoca
Həyat tək çırpınır küçədə qoca.