Qaşla-göz ayrımında qalan ölüm,
Tələsmə ömrümə balta vurmağa,
Təzədən cücərir sönmüş arzular,
Təzədən həvəsim var yaşamağa.
Könlün arzulayır əbədi qonaq,
Ruhun bir üzünü yorğun görəndə,
Nə qədər cavanıq, insafın olsun
Qurdlar süfrəsində qurdlar görəndə.
Ya çəkimiz ağır qoca dünyada,
Ya da başqa gözlə çox pis baxırsan.
Almısan əlinə min cür silahı,
Biz öndə, sən geri, bizə qaçırsan.
Qaçmaq çox asandı, gözlər yumulsa
Onda ayaqlar da yerdən kəsilər.
Sən qurdları say, yumruq olubsa,
Cavan əllərimiz dibdən kəsilər.
Hələlik, bu qədər, sənə son arzum
Üz-üzə gələndə yolunu dəyiş.
Uzan yazılıbsa, düşünmə pozum,
Həyanla utandır, baxışı dəyiş…