Bu can deyil artıq,bilirəm can belə olmaz,
Salmış qəfəsə canımı,canan belə olmaz.
Səpdim yoluna göz yaşımı, döndü dürr oldu,
Baxdı rəqibim,söylədi ehsan belə olmaz.
Görmüş üzünü,səcdəyə gəlmişdi mələklər,
Bu surət ilə vallahi insan belə olmaz.
Həsrət gözümü şad elə,bir pərdə görün sən,
Bir pərdə qədər ömürdə hicran belə olmaz.
Yalvarsam əgər Fatehə taxtından enərdi,
Zalım balası rəhm elə,sultan belə olmaz.
Dildən dodağa yetdi axır,söz də qocaldı,
Döndü yüz ilə,yüz deginən an belə olmaz.
Saqif yolunu Minada gözlər ki,gələrsən,
Kaş ki deməsin öz yarı qurban belə olmaz.