Saxta idi baxışların eləmi?
necə məni aldatmısan yamanca
sandin ki sən inanıram eləmi
asan deyil inanmaq o baxışa…
Sən deməsən belə gözlərin deyir
dodağ dinmir, əllər bilmir, üz deyir
içindəki boş qədəhlər süz deyir
içə bilmir o sərabı bağışla…
Acı olsa fərqi yoxdur həqiqət
insan üçün ən birinci ləyaqət
sevgi üçün ən önəmli sədaqət
o da yoxsa sevənmədik bağışla…
Vurulmuşdum bilmədiyin üzünə
Əyri sandın amma getdik düzünə
bir ürəyin alov dolu sözünə
söyləsəndə inanmadım bağışla…
Bəlkə məni sən öyrətdin yalana
ağlar gözüm həsrət qaldı sorana
indi məni satıb qəlbdən vurana
inanmadım, inanmadım, bağışla…
Üzümdəki gülüş deyil acıdır
əsil sevgi hər bir qəlbin tacıdır
dərə dağın ən dibdə yamacıdır
qalxa bilmir o gözlərə bağışla…
Vurma daha ürək belə yaşayır
illər keçir günlər gəlir qocalır
qoy tərk etsin onsuz qəlbim ucadır
Fidan sənə inanmadı bağışla…