Deyərmi şeiri
Quşlar bağça-bağa girməzdən qabaq,
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə,
Dumana elçilər heç göndərərmi?

Göy çəmənə yağış yağanda səhər,
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə,
Qara gözlərinə baxım deyərmi?

Qışı əridəndə hər yanda günəş,
Gəlim, ya gəlməyim soruşmaz bahar.
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar…

2️⃣
Nələr yaratmadı kişi şeiri
Nələr yaratmadı kişi
qadından ötrü ?
Xalqlar,dillər,
qəbilələr, ölkələr.

Sərhədlər çəkib,
müharibəni qoydu
onların keşiyində.

Bu bir qadın uğrunda
gedən savaşda
udduğumuz
bir şeir,bir musiqi oldu…

3️⃣

Bir şeir yaz mənim yerimə
gün işığı.
Qafiyəm ol,
uşaq təbəssümü.

Bir nəhəng
sevincə dön, keçmişim,
sən də
bir nağıl danış o keçmişdən,

Mənbə: https://kayzen.az/