1424259792_elnur

Namərd yaratmayıb səni yaradan,
Səndən yüksək varmı ad,adam,adam!
Qan axır açdığın ağır yaradan,
Çökür təməlindən ad,adam-adam.

Bir məlhəm buyurub canana canı.
Cananla ovuna can ana canı.
Qanana deyirəm can, ana canı!
Çor deyib vurarmı ada dam adam?

Dünya bölünübdür,sudur,qurudur,
Bu Kürə adanı günah qurudur.
Quru oturmusan,bacar quru dur,
Sən ki yaşayırsan,adada madam.