rufat

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bir az insaf eylə, ADAM,
Soruşma, hardan gəlirəm.
Var olan yoxdan doğulub,
Yox olan vardan gəlirəm.

Harda vaxtsız yatan görsən,
Çirkabına batan görsən.
Alan görsən, satan görsən,
Bax, elə ordan gəlirəm.

Başqa bazara getmirəm,
Başqa güzara getmirəm.
Üzü məzara getmirəm,
Üzü “məzar”dan gəlirəm.

Azıx ordan, Avey burdan…
Yaman edir giley burdan.
Uzaq deyil, budeey, burdan,
Gəncəbasardan gəlirəm!

10.04.2015