
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas
Buludların arasında şimşəyəm,
Budaqlarda çiçəyəm mən, baram mən.
Zirvələrdə qanad çalan bir quşam,
Ürəklərdə gərək yuva quram mən.
Bilən bilir saf məhəbbət nuruyam,
Bu sevgini gərək hər an qoruyam,
Daşdan sızan bulaq kimi duruyam,
Ürəyi saf olanlara yaram mən.
Bir pəhləvan qüvvəsi var qolumda,
Gözüm yoxdu bu dünyanın malında,
Şirin kimi bir şirin yar yolunda
Fərhad kimi gərək qaya yaram mən.
Xoş gəlmişik ömrün müdrik çağına,
Bənzəyirik uca sənət dağına,
Baxma mənim saçlarımın ağına,
Elə bilmə soyuq buzam, qaram mən.
Danışsam da sevənlərin adından,
Yarımadım doğmasından, yadından,
Ürəyimin istisindən, odundan,
Bir ocaq çat, qığılcımam, qoram mən.
Dost-tanışlar öz dərdində-sərində,
Oturtmuşam çox nadanı yerində,
Hikmət nuru çox vaxt olur dərində,
Gərək sözün mənasına varam mən.
Qulaq asma bədxahların sözünə,
Xəbisləri yaxın qoyma özünə,
Hər kaıməmin alt qatında xəzinə,
Görə bilsən, sərvətəm mən, varam mən.
Od almışam Yaradanın qorundan,
Qorxum yoxdu qışın soyuq qarından,
Kəlmələrim yoğrulub Haqq nurundan,
Hara baxsan, bil ki, orda varam mən…
08.07.2026 S
Bir cavab yazın