et

Fərqanə Mehdiyevaya

Gör neçə müddətdir, gör neçə vaxtdır
Məni axtarmırsan, gəzmirsən, qadın!
Könül sirdaşına, ürək dostuna
Nifrət bəsləməkdən bezmirsən, qadın!

Gəl tök ətəyindən, at daşlarını,
Gizlətmə, qaçırma baxışlarını.
Haqsızlıq görəndə göz yaşlarını
Saxlaya bilmirsən, dözmürsən, qadın!

Hərə bir xatirə, lövhə aparır,
Doğru saydığımız səhvə aparır.
Küdurət insanı məhvə aparır,
Yanlış etdiyini sezmirsən, qadın!