mm

Dolaşıq yollarda azdırdı məni,
Kimə ümid oldum, kimə inandım.
Dilim deyəmmədi qəlbim deyəni,
Bütöv yalan oldu, kəmə inandım.

İllərin dalına yükləndi ömrüm,
Xəyal dənizində təkləndi ömrüm,
“Yanıq Kərəmi”yə kökləndi ömrüm,
İnləyən ürəkmiş, simə inandım.

Müzəffər, aldanma kəmsə taleyin,
Dartır ətəyini kimsə taleyin,
Əgər qismətindən olsa gileyin,
Bəxtin özünə də demə inandım.