re

AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

Mətbuat xidməti

Gecdi daha

Səhvini anlayıb, peşman olacaq,
Döyəcək başına, saçın yolacaq,
Mənimtək onun da gözü dolacaq,
Gecdi daha …

Ötən günlərini soraqlayacaq,
Keçmişi yenidən varaqlayacaq,
Saralmış şəklimi qucalayacaq,
Gecdi daha …

Tapacaq izimi, olsada naşı,
Görəcək uzaqda bir məzar daşı,
Axacaq gözünün kədərli yaşı,
Gecdi daha …

Gedirsən

Sən gedirsən bu şəhərdən,
Gözlərim ardınca baxır,
Arxanca su atdım, tez gəl-
O su gözlərimdən axır.

Sən gedirsən bu şəhərdən,
Hər şeyə bir nöqtə qoyub.
Heç baxmırsan dönüb mənə,
Sanki könlün məndən doyub.

Sənlə keçən o anları,
Dəyişmərəm yüz anıma.
Əlinin istisi keçib,
Damarımda al qanıma.

Dönəcəyəm deyərək sən,
Sanki vida etdin mənə,
Mən ki səni buraxmazdım,
Döndün saçlarımda dənə.

Yetim uşaq kimiyəm mən,
Gözlərim yollarda qalıb.
Bir rəsmindi birdə mənəm,
Ürəyimi hicran alıb.

Qayıt geri bitsin həsrət,
Əvvəlki tək biz, bir olaq.
Sən olmasan mən tam olmam,
Sənsiz eşqim şikəst, çolaq.

Kimi

Sevgidən qurulu bir evim vardı,
Həsrətin yelləri əsənə kimi.
Sevdiyim o qızla xoşbəxt idim mən,
O məndən inciyib küsənə kimi.

Gecikdim ilk eşqin son qatarına,
Eşq adlı biletim əlimdə qaldı.
Uşaq tək sevinib çıxmışdım yola,
Sevincin yerini qəm-kədər aldı.

Axdı gözlərimdən hicran adlı yaş,
Ürəyim köksümdə bir közə döndü.
Məni bu həyata bağlayan ümid,
Düşən bir ulduz tək əbədi söndü.

Nə vaxtsa yenidən üz-üzə gəlsək,
Tanıya biləcək görəsən məni?
İllər öncəsində bir söz demişdi,-
“Unuda bilmərəm heç zaman səni”

Mən onu gözlərəm ömrüm uzunu,
Ömrümün sonuna yetişə bilsə.
Cənnəti ölməmiş seyr edərəm mən
Son dəfə ürəkdən üzümə gülsə…