sefanur

DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü

İndi vaxtın keçdiyindən
Xoşbəxtliyin damla-damla əriyib getdiyindən xəbərsizəm doğrusu..
Zaman səssizcə alıb aparar hər şeyi..
İşıqlı görünən dünya elə qaranlığın gözündən keçir.
Səssiz şütüyən zamanın içində surət
Damla-damla əridər ömür şamını…
Bu sənin qismətindir,
Bu sənin tale yolun…
Bu yolların bəziləri uzun, bəziləri qısadır..
Hər iki yolun bir adı var- HƏYAT !
Bəzən bir səhvin bütün doğrularını məhv etdiyi bir səhnədir həyat..
Elə səhnə demişkən, yenə orada bir neçə saatlıq roluna görə, müxtəlif personajlarda yaşaya bilirsən…
Ancaq həyat səhnəsində bir ömür rola girməlisən…
Həyat- yaşamadığımız bəlkələr, yaşadığımız kaşkilər, ürəyimizin ən dibində tutduğumuz nəisələrdən ibarət bəlkələrdir bəlkədə…
Həyat- bir nöqtənin qoyulduğu yerdən bir vergülün başalanğıc götürdüyü cümlələrdir bəlkədə…
Piyada kimi şahın əsarətində qaldığın bir şahmat oyunudur həyat!
Cavab bəndləri olan, lakin içində yalnız bir doğru bəndi olan test imtahanıdır həyat.
Ağlayaraq beşiyə qoyulub, gözüyumulu tabutda getdiyin ikimərtəbəli binanın 0–cı mərtəbəsidir Həyat…
Əlini karta uzatdığın andan ya bütün dünyanı dəyişdirdiyin, yada bütün həyatını uduzduğun bir qumardır həyat…
Pulla dəyərə belə gəlməyən dostluq, azadlıq, düşüncə və sevgi kimi gözəlliklərdir həyat…
Kimsənin yardımına ehtiyacın olmadan yaşam dağına dırmanmaqdır əslində, həyat…
Qocalma surətimizin çox olduğu, ağılllanma surətininin az olduğu yaşam tunelidir həyat..
Təkcə yeni ildə deyil, bizə ilin istədiyimiz bütün günlərində yuxu, ümid və gülüş kimi hədiyyəsi olan bir “Qar adamı”dır Həyat…
Bizə rəngarəng xəyallarımızla yaşama eşqi verən bir “Göyqurşağı”dır Həyat…
Əslində, rolu əlimizdə olan yeganə “Yaşam nəqliyyatı”mızdır Həyat…
Bu sənin qismətindir,
Bu sənin tale yolundur..
Bu yoların bəziləri uzun,
Bəziləri qısadır…
Hər iki yolun yalnız bir adı var –HƏYAT !…