DGTYB üzvü
Adın göylər boyda, baxışın dərin,
Müqəddəs adına qurbanam ana..
Şirin layla çaldın mənə beşikdə,
Nəfəsdən oduna qurbanam ana.
Əzablı gündüzdən, soyuq gecədən,
Keçib tellərinə salıb neçə dən..
Övladlar yolunda ömrün puç edən,
Sənintək qadına qurbanam ana.
İl gəldi elə hey ilinin üstə,
Zaman qar ələdi telinin üstə.
Tanrı göndərdiyi dilinin üstə,
Sözünün dadına qurbanam ana.