gf

Deyəsən, dəli oluram….

Alıb hər kəs əlinə qələm, nəsə yazır, kimsə pozur, qaralayır,

Oxuyanda yazarların, şairlərin yazdıqlarını…

Havalanıram, dostlar, dəli oluram…

Dilini bilməyənlər, dilə yeni sözlər yamaqlayır…

Özü kimi yazıları yamaq-yamaq, şit, bayağı…

Hər kəs özünü sayır müğənni, xalq tanımır onları, alır ad ya əməkdar artist, ya da xalq…

Xalqın adından danışır, deyir ki, onu sevirlər…

Eybi demək olmaz üzə, günahdır, ayıbdır dostlar, aynaya baxın, təbii deyilsiniz artıq, taxdığınız maskalar, sizi çoxdan qocaltmışdır…

Girdiyiniz, oynadığınız min cür rollar sizi sizdən alıbdır…

Xanım deyirsiniz özünüzə, makiyaj əlindən üzünüz mərsiyə deyib ağlar…

Üzünüzü yusanız, bəlkə özünüzdən qorxmuş olarsınız…

Xanım zərif olar, mədəni, gözəl, sizsə, özünüzdən razı, iyrənc, həyasız…

Sizin nəyinizə baxıb deyək, “Mədəniyyətimizin nümayəndəsidir o”?! Bilirsiniz, nəyin nümunəsisiniz Siz, əxlaqsızlığın, həyasızlığın, vicdansızlığın… Geydiyiniz donlar örtməkdənsə, abrınızı, eybəcər nöqsanlarınızı… Açıb qoyur, mənən el önündə, el gözündə çılpaqlaşıbsınız…

Dostlar, deyəsən, onları görüb dəli oluram…

Yeni modellərimiz, aktyor, aktrisalarımız, Sizə baxıb ürəyim partlayır…

Demirəm, daha nə yadıma düşür sizə baxanda…

Vəhşi təbiət, zoopark, botanika bağı… Siz özünüzü hesab etməyin insan…

Əsl İnsanlıqdan siz çox uzaqsınız…

Televiziya, radio, mediamız…

Sizə deməyə mən söz tapmıram….

Bəziləriniz reytinq, şöhrət, pul naminə, unutmusunuz etik qaydaları…

Bizləri dəli etməyincə bəzi info saytlar, İnsanları rahat buraxmayacaqlar…