Gulnarexanim

baxışlar qız cildində ölür
ana tabutu gedir son mənzilə
ata qarğışı rəqs edir innəbuya.
qardaş soyuqluğu üşüdür.
çar-çarpaz axan çayların şırıltısı
inildəyir daşlarda.
məsum körpənin üzünə qonur
diriliyin faciəsi.
həyat tablosu yaradır
addımlar.
addımlarda əzilir insan yaşantıları.
baxışlar dikilir yerə
yer qapqara torpağa bələnir.
körpə uşaq kimi sarğılanır torpağa.
torpaqda baxışlar güzgülənir
və ölür…
ölümünə yaslanır buludlar!
baxışları unudana qədər…