Hər şerin həzin bir nəğməyə dönüb,
Ruha qida verən əzbərə dönüb
Adın dillərdə dastana dönüb,
Xeyirxah mələksən şair Gülağa
Geniş yol saldırıb məktəblər tikdin
Məcid mədrəsə,pir evi tikdin
Gələcək nəsilə ərməğan etdin,
Xalqına gərəksən şair Gülağa
Sildin üzlərdən qəmi kədəri,
Atdığın hər addım xoş müjdəli
Şerə,sənətə verdin hörməti
Duyğulu könülsən şair Gülağa
Əgər düşünərsə xalqını qəlbin,
Tənha deyildir ətafın sənin
Yurdunun hər qızı,hər oğlu sənin
Adınla fəxr edir şair Gülağa
Məndə bir şairəm həmdəməm sənə
Hər əməlinə hər bir şerinə
Elnurə heyrandır sözə sənətə
Azəri oğlusan şair Gülağa
Qərib olsanda vətəndən uzaq,
Ölkəni düşündün ölkəni ancaq
Əlimiz göylərdə tanrıdan umaq,
Qorusun qoy səni Şair Gülağa