Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bilmədən
Sevgidən ilham alıram,
Dərin xəyala dalıram.
Hər kəsi eşqə salıram
Özüm sevməyi bilmədən.
Öz könlümü ovuduram;
Dərdi,qəmi unuduram.
Eşqdən dünya yaradıram
Özüm sevməyi bilmədən.
Sevgi bağdır , biz çiçəyi
Qıyma tökülsün ləçəyi.
Əsir edirəm ürəyi
Özüm sevməyi bilmədən.
Zeynəbəm,söz aşiqiyəm,
Həqiqət, düz aşqiyəm.
Sevdalı göz aşiqiyəm
Özüm sevməyi bilmədən
Sevgi şeiri
Elə bir sevgi var ürəyimdə ki ,
Onu heç kimsəyə aça bilmirəm.
Allahın yazdığı alın yazıdan ,
Men hara getsəm də qaça bilmirəm.
O sevgi bir dəniz, mənsə dalğasi ,
Gah məni yad ,bilir gah da ki yarı.
Hərdən qollarında aparır məni
Bəzən itələyir sahilə sarı .
Gah alışıb yanır , qızarır közü ,
Gah külü sovurur küləklər kimi.
Arabir adamı elə oxşar ki ,
Allah yaratdığı mələklər kimi.
Zeynəbəm , sevgidən yazıram hər an,
Çünki ürəyimin yox başqa hissi.
Tək onu sevmişdim dərin könüldən ,
Daha sevəmmərəm başqa bir kəsi .