1513698_121696158168653_6692791815636874301_n

İki yol ayrıcındayam,
Sanki iki dünya arasındayam
Bir yanda işıqlar şəfəq saçır,
Bir yanda qaranlıqlar mənə qucaq açır
Bir yanımda anlardan sevinc süzülür,
Bir yanda kədər üzümə gülür
İki yol ayrıcındayam
Bir tərəfim uçurum,
Bir tərəfim səhradır
Bilmirəm nədir suçum,
Hara üz tutum qaçım?
Bir tərəfimdə ilanlar,
Bir yanımda yalanlar

Bir tərəfimdə açır güllər, ötür bülbüllər
Bir tərəfimdə yarpaq kimi
Ayaqlar altda qalan illər
İki yol ayrıcındayam
Biri almaq istəyir canımı
O biri soraqlayır ünvanımı
İki yol ayrıcındayam,
Ağılnan ürəyin davasındayam
Gah vəkil oluram
Gah da ki hakim
Bilmirəm güzəşti hansına edim
Bilmirəm kim haqlıdır kim?
Yerimdə donub qalmışam
Görən hara üz tutum köçüm?
Dolaşıq yollardayam
Bilmirəm hansını seçim
İki yol ayrıcındayam
Geriyə dönüşüm çətindir
Qapılar bağlıdır üzümə
Əllərim yerdən-göydən üzülüb,
Təsəlli verirəm hələ özüm-özümə…