Ən böyük istəyim,
Arzum, diləyim,
Ömrümün sevinci,
Qəlbimin nuru,
Atanın ulduzu,
Mənim nar dənəm,
Nənənin gül ləçəyi,
Qardaşının bacısı,
Ömrümüzün bəzəyi,
Gözəl qızım, naz qızım,
Arzuların çin olsun!
Ömrün bəxtəvər olsun!
Sən Nigara, Həcərə,
Tay olasan, can qızım!
Ömrün keçsin sevinclə,
Göz yaş görməyəsən,
Üzün gülsün daima,
Qəm, kədər bilməyəsən,
Allahıma min şükür!
Səni bizə veribdi,
Bizi xoşbəxt edibdi,
Gözəl qızım, naz qızım,
Ömrümüzün bəzəyi,
Gözlərimin işığı,
Evmizin sevinci,
Gözəl qızım, naz qızım…

01.01.2010.