A dostlar , Tanrıdan bir diləyim var ,
Ağrısız , acısız ola dünyamız .
Naqislik olmaya , məkr olmaya ,
Sevgiylə , eşq ilə dola dünyamız .
Zimistan görməyə bir gül , bir çiçək ,
Özəkdən qopmaya bircə tər ləçək .
Kifirlər də ola lap gözəl , göyçək ,
Gözəllikdən ləzzət ala dünyamız .
Hərbçilər mərmi deyil gül ata ,
Gecə səngərdə yox evində yata .
Kasıblar dərdə yox sevincə bata ,
Görməyə bir qada , bala dünyamız .
Yatmış vicdanların yuxusu qaça ,
Haqq nuru qəlblərə ədalət saça .
Sevən sevdiyinə ürəyin aça ,
Gedə hamımızla yola dünyamız .
Qırılmış meşələr bərpa oluna ,
Hamılıqla dönək haqqın yoluna .
Hər kəs xeyir verə sağı , soluna ,
Bayram əhvalında qala dünyamız .
Hamıda bol ola namus , şərəf , ar ,
Nə müxalif ola , nə də iqtidar .
Şeytanın nə qədər davamçısı var ,
Hamısın zindana sala dünyamız .
Qalib Şamxaloğlu bəşərə vurğun ,
Bəşərin dərdiylə ürəyi yorğun .
İstərəm könüllər qalmasın durğun ,
əbədi şən nəğmə çala dünyamız .
Qalib Şamxaloğlu . Saatlı r-nu Musalı k-di məcburi köçkün qəs.
14.07.2015 saat 11:50